12px13px15px17px
Tarix:22/10/12

Regionlarda genişzolaqlı internet xidmətlərindən istifadə edənlərin sayı artıb

 Regionlarda genişzolaqlı internet xidmətləri istifadəçilərinin  sayı artıb. Bu barədə “Aztelekom” İB-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev məlumat verib. Onun sözlərinə görə, cari ilin əvvəli  ilə  müqayisədə istifadəçilərin sayı 51 min  və ya 2 dəfə (100%)  artaraq  102 mini  keçib.

“Ötən ay genişzolaqlı internet xidmətlərinin  aylıq  həcmi ilin əvvəli ilə müqayisədə  75% çoxdur. Hazırda genişzolaqlı xidmətlərin  ümumi  gəlirdə payı 18,5%  təşkil  edir. Müqayisə  üçün  bildirirəm  ki,  ötən ilin müvafiq  dövründə bu göstərici 8,7%  olub”- deyə o bildirib.

Texniki direktor daha sonra bildirdi ki, rayon  telekommunikasiya  qovşaqlarının  xidmət  ərazilərində  informasiya  texnologiyalarının  tətbiqinin  genişləndirilməsi, rayon  mərkəzləri,  şəhərlər  və  qəsəbələrlə  yanaşı,  kənd  yaşayış  məntəqələrində  də  əhalinin  genişzolaqlı  internet  xidmətlərindən  istifadəsi  məqsədilə “Aztelekom” İB-nin telefon şəbəkəsində EATS-lərin birləşdirici xətlərinin FO kabellərlə təşkili, şəbəkənin genişləndirilməsi və yenidən qurulması layihəsi  işlənib  hazırlanaraq  təqdimatı keçirilib.

Bu  layihə çərçivəsində eyni  zamanda  7 internet-provayderlə də  birgə  əməkdaşlıq  müqavilələri  bağlanaraq icrasına  başlanılıb.  Ötən  müddət  ərzində  bağlanan  müqavilələr  əsasında internet-provayderlər  tərəfindən  17 telekommunikasiya qovşağına  570 km  optik  kabel ayrılmış, 514 km kabelin  çəkilişi  artıq  başa  çatdırılıb. 17 TKQ-dən 12-nin bütün kənd EATS-nin  birləşdirici  xətləri FO kabelləri ilə əvəz  edilib.

Ümumilikdə bu layihə çərçivəsində  1700 km-dən artıq FO  kabel  xətlərinin  çəkilişi  başa  çatdırılaraq montaj  işlərinə  başlanılıb, 45 TKQ-dən 23-nün bütün kənd EATS-nin  birləşdirici  xətləri FO kabelləri ilə əvəz  edilib.

Birinci  layihənin  davamı  olaraq  “2013-2015-ci illərdə birliyin rayon telekommunikasiya qovşaqlarının  xidmət  ərazilərində genişzolaqlı xidmətlərin inkişafı layihəsi”  işlənib  hazırlanaraq və müvafiq  proqramlarda nəzərə  alınması  üçün  təqdim  edilib.

Qeyd edək ki, rayon  telekommunikasiya  qovşaqlarında   xidmət  göstərilən   abunəçilərin  sayı  668 mini  keçib.  Birliyin  xidmət  ərazisində  hər  100  nəfərə  düşən  telefonların  sayı 12,1-ə (+0,2),  100  ailəyə  düşən  telefonların  sayı  57,8-ə (+0,7) çatıb.

RƏVAN




Baxış sayı: 1412

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024