12px13px15px17px
Tarix:21/07/11

“Mac OS X” əməliyyat sisteminin yeni versiyası satışa çıxarılıb

“Apple” şirkəti iyul ayının 20-də “Mac OS X Lion” əməliyyat sisteminin satışına başlayıb. Şirkət “Mac OS X” əməliyyat sisteminin yeni versiyasını 2010-cu ilin oktyabr ayında elan edib. “Apple” şirkəti əməliyyat sisteminin imkanları haqqında daha ətraflı 2011-ci il iyun ayının 6-da “WWDC” konfransında danışıb. O zaman elan edilmişdi ki, “Mac OS X Lion” əməliyyat sistemini iyul ayında almaq mümkün olacaq. “Apple” şirkəti əvvəlki versiya ilə müqayisədə yeni “Mac OS X Lion” əməliyyat sisteminin 250-dən çox yeni funksiya ilə təmin olunduğunu qeyd edib. Proqramlarda tam ekran rejiminin dəstəklənməsi, yeni multitaç jestləri, kompyuterdə icra olunan proqramlara bir pəncərədə baxmaq üçün “Mission Control” funksiyası, “Launchpad” paneli və yeni poçt müştərisi əsas yeniliklərdir.
Əməliyyat sistemi “Safari 5.1” səyyahı ilə birlikdə tədarük olunur. “Mac OS X Lion” əməliyyat sistemini “Mac App Store” internet mağazası vasitəsilə 29,99 ABŞ dolları qiymətinə almaq olar. Əməliyyat sistemi ilə olan faylın tutumu 4 qiqabayt təşkil edir. “Mac OS X Lion” əməliyyat sistemini kompyuterə yalnız əgər onda artıq “Mac OS X Snow Leopard” əməliyyat sistemi varsa, quraşdırmaq olar.


lenta.ru



Baxış sayı: 1298

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024