12px13px15px17px
Tarix:22/07/11

“Nokia” telefonlarını alanların sayı azalıb

“Nokia” 2011-ci ilin ikinci rübünün nəticələri haqqında çoxdan gözlənilən hesabatı dərc edib. Analitiklər əvvəlcədən bildirdikləri kimi, şirkət hesabat dövrünü mənfi nəticə ilə başa vurub. Şirkətin zərəri 487 milyon avro təşkil edib. Satışın xalis həcmi 9,27 milyon avroya qədər azalıb. 2010-cu ilin analoji dövrü ilə müqayisədə bu göstərici 7% azalıb.
Şirkətin rəhbəri Stiven Elop qeyd edib ki, “Nokia” şirkəti daxilində baş verən dəyişikliklər nəticəsində şirkət bir sıra problemlər ilə üzləşib. Smartfon seqmentində satış həcmləri əvvəlki rüblə müqayisədə 33% azalıb və 2,6 milyon avro təşkil edib. Adi telefon satışları da aşağı düşüb.


www.dailycomm.ru



Baxış sayı: 1024

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024