12px13px15px17px
Tarix:22/10/12

Əli Həsənov: “Beynəlxalq İnternet İdarəçiliyi Forumunun Bakıda keçirilməsi, Azərbaycanda bu sahəyə verilən qiymətin təzahürüdür”

"Beynəlxalq İnternet İdarəçiliyi Forumunun Bakıda keçirilməsi, ilk növbədə,  Azərbaycanda bu sahəyə verilən qiymətin təzahürüdür ". Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisinin sözlərinə görə, Azərbaycan internet sahəsində ən qabaqcıl ölkələrdən biridir, internet istifadəçilərinin sayına, internetin tətbiqinə, yayım məsələsi və digər imkanlarına görə bölgənin tanınmış ölkələrindəndir.

"Beynəlxalq aləm də Azərbaycanda internetin vəziyyətini dəyərləndirərək bu beynəlxalq konfransın Bakıda keçirilməsinə qərar verib", - o bildirib.

Onun sözlərinə görə, bu, həm də Azərbaycanda internetin inkişafına ciddi təkan verəcək.

"Bütün beynəlxalq internet idarəçilərinin, Avropanın bu sahə üzrə dövlət və qeyri-hökumət təşkilatları nümayəndələrinin bu forumda iştirakı gələcəkdə Azərbaycanda internetin inkişafını daha da stimullaşdıracaq və bu sahənin inkişafına dəstək verəcək. Əlbəttə, Azərbaycanda həmin günlərdə sərginin də keçirilməsini nəzərə alaraq, ölkə bütün dünyada internet istifadəçilərinin diqqət mərkəzində olacaq", - Həsənov deyib.

PA rəsmisi, həmçinin qeyd edib ki, Azərbaycan yaranmış fürsətdən istifadə edərək öz imkanlarını nümayiş etdirəcək, eləcə də mövcud sahənin inkişafı ilə bağlı beynəlxalq təcrübəni öyrənib gələcəkdə respublikada tətbiq edəcək.Xatırladaq ki, noyabrın 6-9-da Bakıda Beynəlxalq İnternet İdarəçiliyi Forumunun keçirilməsi planlaşdırılır.




Baxış sayı: 1415

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024