12px13px15px17px
Tarix:23/10/12

İnformasiya texnologiyaları sahəsində elektron təhsil imkanları genişlənəcək

“Azercell Telekom” MMC-nin “Barama” İnnovasiya Mərkəzi daha bir layihəni gənclərin  ixtiyarına verib. “eTədris” adlanan layihənin məqsədi  “http://www.etedris.az/” internet portalı üzərindən informasiya texnologiyaları sahəsində tədrisi təklif etmək məqsədi daşıyır.

Bu layihə çərçivəsində hər kəs onu maraqlandıran İT istiqamətləri üzrə öz biliklərini artırmaq imkanı əldə edəcək. Məlumat üçün bildirək ki, layihə çərçivəsində Azərbaycan dilində İT sahəsinə aid elektron məlumatlar hazırlanaraq portalda yerləşdiriləcək, təlimçilərlə müxtəlif mövzular barəsində videokonfranslar təşkil ediləcək, elmi məqalələr və elmi işlər üzrə materiallar da saytda  yerləşdiriləcək.

Qeyd edək ki, üç  ildən çoxdur açılan “Barama” İnnovasiya Mərkəzi İT sahəsindəki gənc istedadlara öz ideyalarını reallaşdırmaq şansını verir. Bu müddət ərzində mərkəzin ofisində müxtəlif proqramlar həyata keçirilib, onlarla gənclər hər gün yenilənən texnologiyalar sahəsində biliklərini artırmaq, təcrübə toplamaq imkanı qazanıblar. “Barama” İnnovasiya Mərkəzində il boyunca layihə və ideyalar qəbul edilir, bəyənilən təşəbbüs müəlliflərinə onları gerçəkləşdirmək imkanı yaradılır.

RƏVAN




Baxış sayı: 1382

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024