12px13px15px17px
Tarix:24/10/12

Dördüncü nəsil “iPad” planşeti təqdim edilib

“Apple” şirkəti San-Xose şəhərində keçirilən tədbirdə dördüncü nəsil “iPad” planşetini təqdim edib.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, yeni “iPad” planşeti sələfindən fərqlənmir, lakin o, daha güclü “A6X” prosessoru ilə təchiz edilib. Planşetin qrafik sisteminin məhsuldarlığı 2 dəfə artıb, lakin avtonom iş vaxtı əvvəlki kimi 9 saat təşkil edir.

Yeni “iPad” planşeti, həmçinin “Lightning” konnektoru ilə təchiz edilib. Aparatın daha bir özəlliyi sürətli “Wi-Fi” moduluna malik olmasıdır. Yeni “iPad” planşeti “LTE” şəbəkəsinə qoşula biləcək.
16 QB yaddaşla təchiz edilmiş modelin ABŞ-da qiyməti 499 dollara bərabər olacaq.








EMİL




Baxış sayı: 933

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024