12px13px15px17px
Tarix:24/10/12

Son texnologiyalara uyğun qurulan Mərkəzi Laboratoriyanın inşası yekunlaşır

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhərində tikilən yeni Mərkəzi Laboratoriya binasının inşası yekunlaşmaq üzrədir. 2011-ci ildə Bakı şəhəri Yasamal  rayonu  Akim Abbasov küçəsində təməli qoyulan laboratoriya binasında son tamamlama işləri aparılır.

3500 kvadratmetr sahəsi olan obyektdə hazırda daxili infrastruktur qurulur. İçməli suyun və tullantı sularının tərkibinin beynəlxalq standartlar səviyyəsində öyrənilməsi məqsədilə tikilən laboratoriya müasir avadanlıqlarla təchiz olunacaq. Bu məqsədlə Türkiyə, Almaniya və digər Avropa ölkələrindən beynəlxalq standartlara cavab verən laboratoriya cihazları alınaraq ölkəmizə gətirilmişdir və onların quraşdırılmasına hazırlıq görülür.

Son texnologiyalara uyğun cihazlarla işləmək üçün “Azərsu” ASC-nin kimyaçı və bioloqlardan ibarət  mütəxəssisləri Türkiyədə təlimlərdə iştirak etmişdir. “İCTnews” elektron xəbər xidmətinə bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

ASC-dən qeyd edilib ki, laboratoriya binasının cari ilin sonuna qədər istismara verilməsi nəzərdə tutulur. Laboratoriya istismara verildikdən sonra “İSO-17025” akkreditasiya sertifikatına təqdim ediləcək və bununla da Azərbaycanda aparılan analizlərin nəticələri beynəlxalq səviyyədə (Avropa  İttifaqı və Beynəlxalq Səhiyyə Təşkilatı) qəbul olunacaq.

 “Azərsu”  ASC-nin  hazırda fəaliyyət göstərən Mərkəzi Laboratoriyasında  suyun mikrobioloji, orqanoleptik, fiziki-kimyəvi, parazitoloji, toksikoloji, radioloji göstəriciləri, həmçinin üzvi və qeyri-üzvi maddələr təyin edilir və bu göstəricilər üzrə 36 parametri təhlil edilir. Yeni laboratoriya istifadəyə verildikdən sonra bu göstəricilərin sayı 75-ə çatdırılacaq.
 
HƏQİQƏT





Baxış sayı: 1467

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024