12px13px15px17px
Tarix:24/10/12

“Retina” ekranla təchiz edilmiş “MacBook Pro” təqdim edilib

“Apple” şirkəti oktyabrın 23-də 13,3 düymlü “Retina” ekranla təchiz edilmiş “MacBook Pro” noutbukunu təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, "makbuk"un ekranı “IPS” matrisə əsaslanır, onun təsvir ölçüsü 2560x1600 piksel təşkil edir. “Apple” şirkəti iddia edib ki, əvvəlki “MacBook Pro”-nun ekranı ilə müqayisədə yeni kompüterin ekranı daha kontrastdır.

Noutbukun çəkisi 1,58 kiloqram və qalınlığı isə 1,9 santimetrdir. Kompüterdə optik disklər üçün qurğu nəzərdə tutulmayıb. "Macbook" noutbuku “MagSafe 2”, “Thunderbolt” və “USB 3.0” portları ilə təchiz edilib.
Kompüter “Intel Core i5” və ya “i7” prosessorları və “Intel HD Graphics 4000” qrafik kartı ilə təchiz edilib. Noutbuk başlanğıc  konfiqurasiyada 8 qiqabayt əməli yaddaşa malik olacaq. "Macbook" 768 qiqabayt tutuma qədər “SSD” (sərtgövdəli) daşıyıcılarla təchiz ediləcək.

Noutbuk ABŞ-da satışa təqdim olunduğu gün, yəni oktyabrın 23-də çıxarılacaq. Qurğunun qiyməti 1699 dollardan başlanacaq.
 
EMİL




Baxış sayı: 893

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024