12px13px15px17px
Tarix:24/10/12

Gələn ilin aprelində Azərbaycana 100-dən çox texnologiya şirkətinin nümayəndələri gələcək

Azərbaycan paytaxtında ilk dəfə olaraq Xəzər Beynəlxalq su texnologiyaları sərgi və forumu keçiriləcək. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə “Iteca Caspian LLC” şirkəti məlumat yayıb.

Xəbərdə bildirilir ki, gələn il aprelin 11-13-də “Bakı Ekspo” Mərkəzində su texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi üzrə Xəzəryanı regionun yeganə ixtisaslaşdırılmış tədbiri - Xəzər Beynəlxalq su texnologiyaları (“CATEF-2013”) sərgi və forumu düzənlənəcək. Tədbir “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə təşkil olunacaqdır. Təşkilati tərəfdaş qismində isə “Iteca Caspian LLC” şirkəti çıxış edir.

“CATEF-2013” sərgi və forumunun məqsədi beynəlxalq əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinə, sənaye istehsalı və bələdiyyə təsərrüfatında ən yeni, ekoloji cəhətdən zərərsiz texnologiyaların tətbiq edilməsinə, çay və su hövzələrinin çirklənmə səviyyəsinin azaldılmasına, ucqar kəndlərin içməli su ilə təmin edilməsinə, eləcə də kənd ərazilərində suvarma suyu probleminin həllinə və s. kömək etməkdir.

“CATEF-2013” sərgisində 100-dən çox texnologiya şirkətinin, təchizatçıların, istehlakçıların, ekoloqların, inşaat şirkətlərinin və digərlərinin iştirakı gözlənilir.

Sərgi ilə paralel olaraq suyun hasilatı və təmizlənməsi üzrə yeni texnologiya və avadanlıqlara həsr olunmuş forum da keçiriləcəkdir. Bu forum qabaqcıl texnologiyaların nümayiş etdirilməsini və regionun əsas subyektlərinin iştirakı ilə problemlərin müzakirəsini səmərəli şəkildə uzlaşdırmaq üçün şərait yaradacaqdır.

SEYMUR




Baxış sayı: 1402

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024