12px13px15px17px
Tarix:24/10/12

“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi bloq təlimlərinə başlayır

“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi “WeBlog–5” bloq təlimlərinə start verir.“ICTnews” elektron xəbər xidmətinin mərkəzə istinadən verdiyi məlumata görə, “WeBlog–5” layihəsinin keçirilməsində məqsəd gənclərə bloq barədə ilkin anlayışların öyrədilməsi, bloqların yaradılması, üstünlüklərindən effektiv istifadə və bloqçular arasında şəbəkənin qurulmasından ibarətdir.

Layihədə iştirak etmək istəyən şəxslər 30 oktyabr tarixinə qədər “http://www.ireli.az/” saytında onlayn ərizə formasını doldurmalıdırlar.

 “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin 15 dekabr 2010-cu il tarixindən start verdiyi və indiyə qədər davam edən “WeBlog” layihəsi çərçivəsində 150 nəfərdən çox gənc iştirak edib  və təlimin sonunda öz bloqlarını yaradıblar.

Xatırladaq ki,  Azərbaycanda ilk bloq təlimləri də 2007-ci ildə “İRƏLİ” İT Departamenti tərəfindən həyata keçirilib.

CAHANGİR




Baxış sayı: 859

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024