12px13px15px17px
Tarix:29/10/12

“Apple” onlayn radio istifadəyə verəcək

“Apple” yeni "axın" musiqi xidmətinin yaradılması üzrə ən böyük səsyazma şirkətləri ilə danışıqlar aparır. “Bloomberg” xəbər verib ki, son bir neçə həftə ərzində “Apple”-ın qərargahına “Universal Music Group”, “Warner Music” və “Sony”-nin nümayəndələri baş çəkiblər.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Apple” hazırda ən böyük musiqi satıcısıdır. Onun “ITunes” xidmətində 400 milyondan çox hesab qeydiyyatdan keçib.

“Bloomberg” agentliyindən verilən məlumata əsasən, “Apple” şirkəti “iPhone” smartfonu, “iPad” planşeti və “iPod touch” mediapleyeri üçün xüsusi tətbiq hazırlamağı planlaşdırır. Brauzerdə onlayn radio işləməyəcək. O, 2013-cü ildə istifadəyə verilə bilər.“Apple” şirkətinin yeni xidməti 2000-ci ildə istifadəyə verilmiş “Pandora”-nın rəqibi olacaq.




EMİL




Baxış sayı: 1106

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024