12px13px15px17px
Tarix:29/10/12

Planşet bazarında “Android” platformasının payı getdikcə artır

“Strategy Analytics” şirkəti 2012-ci ilin üçüncü rübü üzrə planşet kompüterləri bazarı ilə bağlı tədqiqat nəticələrini elan edib.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, hesablamalara görə, iyul-sentyabr ayları ərzində müxtəlif proqram-aparat platformalarında işləyən təxminən 24,7 milyon planşet satılıb. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 43 faiz təşkil edib.“Apple” şirkəti 14 milyon ədəd “iPad” planşet kompüteri satıb.

“Android” platforması ilə işləyən qurğuların populyarlığı getdikcə artır. “Android” kompüterlərinin payı 41 faiz təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən il bu göstərici 29 faizə bərabər idi.“Windows” sistemi ilə işləyən planşetlərin bazar payı hələ ki 1,6 faizə bərabərdir.




EMİL




Baxış sayı: 1490

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024