12px13px15px17px
Tarix:29/10/12

Dünyada ən məşhur robot yarışları Bakıda keçiriləcək

Bu il Xəzər Mühəndisləri İctimai Birliyi (XMİB) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə universitet tələbələri üçün robot yarışı təşkil edir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu, dünyada ən məşhur robot yarışlarından biridir.

Yarışmada iştirakçı robotların vəzifəsi qara xətt üzrə ən sürətli şəkildə hərəkət etməkdir. Layihənin məqsədi gənclər arasında qabaqcıl texnologiyalardan faydalı istifadənin təbliği və gənclərin akademik biliklərinin real layihələrə inteqrasiyasıdır.

Yarış qaydalarına əsasən, robotlar xətt üzrə müəyyən istiqamətdə hərəkət edərək yarışırlar. Hər robotun 3 cəhdi var və bunlardan ən yaxşı nəticə hesaba alınır. Robotun maksimum ölçüləri 25x25x25 sm, maksimum çəkisi isə 1 kq-dır. Robot hər zaman xəttin üstündə getməlidir, xətdən kənara çıxdıqda cəhd uğursuz sayılacaq. Kəsişmələrdə robot düz xətti təqib etməlidir.




Baxış sayı: 1043

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024