12px13px15px17px
Tarix:29/10/12

Amerikalılar yeni super-kompüter hazırlayıblar

Ok-Ric (Tennesi ştatı, ABŞ) şəhərində yerləşən Milli Laboratoriyada açıq elmi araşdırmalar üçün nəzərdə tutulmuş "Titan" super-kompüterinin quraşdırılması başa çatıb. Maşının məhsuldarlığı 20 petaflopsdan çoxdur.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, sistemin əsasını "NVIDIA Tesla K20" qrafik sürətləndiriciləri və "Opetron 6274 AMD" prosessorları təşkil edir.

Qeyd edək ki, "Titan" maşını "Jaguar" super-kompüterinin yeni versiyasıdır və o, 2010-cu ilin noyabrına qədər dünyanın 500 ən güclü super-kompüteri reytinqində birinci olub. Rəqiblərindən geri qalmaması üçün 3 il bundan əvvəl "Jaguar" super-kompüterini yeniləmək qərarı verilmişdi.

Super-kompüterə "Tesla K20" sürətləndiricisi və 710 terabayt yaddaş quraşdırıblar və yeni sistemi "Titan" adlandırıblar. "NVIDIA"-dan verilən məlumata əsasən, "Titan" sələfindən 10 dəfə daha sürətli olub. Bundan başqa, yeni sistem 5 dəfə az enerji sərf edir.

Super-kompüter müxtəlif sahələrdə tətbiq edilə bilər.Məlumat üçün qeyd edək ki, "TOP500" reytinqi ildə 2 dəfə (iyun və noyabr) yenilənir. Hazırda siyahıda "IBM Sequoia" (16,32 petaflops) super-kompüteri liderlik edir.
 
EMİL




Baxış sayı: 1348

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024