12px13px15px17px
Tarix:30/10/12

Diyircəkli qələm vasitəsilə “Wi-Fi” şəbəkəsinə qoşulmaq mümkündür (VİDEO)

“Livescribe” şirkəti “Sky WiFi Smartpen” diyircəkli qələmini təqdim edib. Qələm istifadəçinin kağızda yazdığını və çəkdiyini qeydə alır,  sonra eskizləri rəqəmli formata keçirir və simsiz şəbəkə vasitəsilə "bulud"a göndərir.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qələm “Wi-Fi” şəbəkələrinə qoşula və “Evernote” xidmətilə (yazı və fotolar məhz burada saxlanılır) inteqrasiya ola bilir. İstifadəçi “Evernote” xidmətində öz səhifəsinə daxil olaraq eskizlərə baxa və onlara aid səs qeydlərini dinləyə bilər. “Smartpen” daxili mikrofon vasitəsilə səsi yazır.

Yazı və fotoların rəqəmləşdirilməsi və saxlanılması üçün onların xüsusi kağızda hazırlanması lazımdır. Kağızın səthinə marker-nöqtələr yerləşdirilib. Qələm onlara əsaslanaraq infraqırmızı kamera vasitəsilə sterjenin yerləşdiyi məkanı təyin edir.

Qələmin öz klaviaturası yoxdur. Qapalı “Wi-Fi” şəbəkəsinə qoşulma zamanı istifadəçi sterjenin ucluğu ilə kağızda çəkilmiş “QWERTY” klaviaturanın klavişlərinə toxunaraq şifrəni yığır. Belə klaviatura “Smartpen”in tədarük dəstinə daxildir.

2 QB yaddaşa malik “Sky WiFi Smartpen”in qiyməti 170  dollar, 4 QB yaddaşa malik modelin qiyməti 200 dollar təşkil edir.

Qeyd edək ki, “Livescribe” bundan əvvəl də yazı və fotoların rəqəmləşdirilməsi funksiyası ilə təchiz edilmiş qələmlər istehsal edib, lakin onlarda simsiz şəbəkələrə qoşulmaq üçün modul mövcud olmayıb. Qələmin saxladığı yazı, foto və səs qeydlərinə baxmaq üçün, istifadəçi qurğunu “USB” kabellə kompüterə qoşmalı idi.
 


 
EMİL




Baxış sayı: 1528

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024