12px13px15px17px
Tarix:31/10/12

4500 dollarlıq mobil telefon istehsal edilib

Bahalı telefonlar istehsalçısı olan “Gresso” titan korpusla təchiz edilmiş “Regal Titanium” telefonu istehsal edib.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “S40” platformasına əsaslanan qurğu “Bluetooth 2.0” modulu, 2 meqapikselli kamera, “microSD” yaddaş kartları üçün slot, “FM” radio, diktofonla təchiz olunub.

“Regal Titanium” mobil telefonunun ölçüləri 121 x 46 x 12 millimetr, çəkisi 130 qram təşkil edir. Akkumulyatorun tutumu 860 milliamper/saata bərabərdir. Avtonom iş vaxtı danışıq rejimində 5.4 saat və ya gözləmə rejimində 300 saat təşkil edir.

Mobil telefonun korpusu titandan hazırlanıb və mexaniki zədələrə, duz, rütubət və günəş işığının təsirinə qarşı davamlıdır.

“Gresso Regal Titanium” məhdud sayda istehsal edilib və rəsmi internet mağazası vasitəsilə 4500 dollara satılır.
EMİL




Baxış sayı: 1732

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024