12px13px15px17px
Tarix:31/10/12

Nyu-Yorkdakı daşqınla əlaqədar minlərlə sayt fəaliyyətini dayandırıb

Fırtına Nyu-York şəhərini suya qərq edib. Hakimiyyət şəhərə dəymiş zərəri 10-20 milyard dollar dəyərində qiymətləndirir. Birja meydançaları fəaliyyətini dayandırıb, şirkətlərin ofisləri artıq ikinci gündür ki işləmir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Nyu-York şəhərində yaranmış problem ştatdan kənara da təsir edib. Belə ki, şəhərdə yerləşən bir neçə iri məlumat mərkəzində minlərlə server fəaliyyət göstərirdi. Elektrik cərəyanı kəsildiyinə görə məlumat mərkəzləri, həmçinin fəaliyyətini dayandırıb və nəticədə dünyanın yüzlərlə məşhur saytı işləmir.

Bu hadisə ilə əlaqədar “Huffington Post”, “Gizmodo”, “Buzz Feed”, “Gawker Media” şirkətinin bütün saytları, “PCWorld.com” jurnalları, “New York Post” və “New York Times” qəzetləri işlərini dayandırıb. Saytsız qalmış bir çox nəşrlər işlərinə bloqlar vasitəsilə davam edirlər.


 
EMİL




Baxış sayı: 1477

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024