12px13px15px17px
Tarix:31/10/12

“Samsung” şirkəti yeni smartfon təqdim edib

“Samsung” şirkəti “Galaxy Premier” smartfonunu təqdim edib. Yenilik “Galaxy S III” stilində hazırlanıb və “Android 4.1” platforması ilə işləyir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Samsung Galaxy Premier” smartfonu 720×1280 piksel təsvir ölçüsünə malik 4.65 düymlü “HD Super AMOLED” ekranı, 8 meqapikselli əsas və 1,9 meqapikselli ön kamera, “Wi-Fi”, “Bluetooth 4.0”, “GPS” və “NFC” modulları, akselerometr, rəqəmli kompas və jiroskopla təchiz olunub.

Şirkət aparatın prosessoru barədə məlumat verməyib. Satışda 8 və 16 QB tutumlu daşıyıcıya malik versiyalar olacaq. Yaddaşı “microSD” slotu vasitəsilə artırmaq mümkündür.

Aparatın ölçüləri 134×68×9 millimetr, çəkisi 130 qram təşkil edir. Smartfon 2100 milliamper/saat tutumlu akkumulyatora malikdir. Lakin istehsalçı qurğunun müxtəlif rejimlər üzrə avtonom iş vaxtını qeyd etməyib.
 
EMİL





Baxış sayı: 1299

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024