12px13px15px17px
Tarix:31/10/12

Döyüş mövqelərimiz ən müasir müşahidə avadanlıqları ilə təchiz olunub

Təmas xəttindəki döyüş mövqeləri ən müasir müşahidə avadanlıqları ilə təchiz olunub. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə I ordu birləşməsinin komandiri, general-mayor Nizam Osmanov açıqlama verib. O bildirib ki, sözügedən müasir avadanlıqlar vasitəsi ilə on kilometrlərlə məsafədən düşmənin bütün hərəkətinə nəzarət olunur.

«Son illər Azərbaycan Ordusunun cəbhə xəttindəki bütün bölmələrinin müşahidə, nəzarət imkanları güclənib. Bu da öz növbəsində ordunun döyüş imkanlarını artırır. Biz bu gün qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazırıq. Bunun üçün bütün imkanlar mövcuddur. Şəxsi heyətin ruh yüksəkliyi, maddi-texniki təchizatımız buna imkan verir».






SEYMUR




Baxış sayı: 1305

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024