12px13px15px17px
Tarix:31/10/12

“İntel” smartfonlar üçün 48 nüvəli prosessor hazırlayacaq

"İntel" korporasiyasının mütəxəssisləri smartfon və planşetlər üçün 48 nüvəli prosessorun yaradılması üzərində çalışırlar. Onların sözlərinə görə, ticari nümunəni yaxın 5-10 ilə gözləmək olar. "İntel"in texnologiyalar üzrə direktoru Castin Rattner bunun 2022-ci ildən tez baş verəcəyini hesab edir.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, tədqiqatçıların sözlərinə görə, hesablama gücünə tələbat daim artır. Rattner qeyd edib ki, nitqin tanınması sistemi, məsələn, güclü prosessor tələb edir.

O, həmçinin vurğulayıb ki, xeyli sayda prosessor nüvəsi yalnız sistemin məhsuldarlığını artırmır, həm də məsələlərin yerinə yetirilməsi zamanı enerji sərfiyyatını azaldır.

Barselonada yerləşən "İntel Labs"-dan Enrik Herrero bildirib ki, smartfon və planşetlər üçün 48 nüvəli prosessor nümunəsi artıq quraşdırılıb və onu müxtəlif proqramların icrasında istifadə etmək olar.
Alimlərin sözlərinə görə, mühüm problemlərdən biri 48 nüvəli prosessorun tam gücündən istifadə etməyə imkan verən proqram təminatı və əməliyyat sisteminin olmamasıdır.


EMİL




Baxış sayı: 1328

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024