12px13px15px17px
Tarix:01/11/12

Belarus Dövlət İnformatika və Radio Elektronika Universitetinin dəstəyilə VI Beynəlxalq Elmi və Texniki Konfrans keçiriləcək

28-29 noyabr 2012-ci il tarixində Belarus Respublikasında “Ali Texniki Təhsil: Problemlər və inkişaf yolları” ilə bağlı VI Beynəlxalq Elmi və Texniki Konfrans keçiriləcək. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzindən (EİM) məlumat verilib.

Mərkəzdən bildirilib ki, azərbaycanlı alim və elm adamlarının da dəvət olunduğu konfrans Belarus Dövlət İnformatika və Radio Elektronika Universitetinin dəstəyi ilə (ünvan: Belarus Respublikası, Minsk şəhəri, Brovki küçəsi 6, Tədris prosesinin metodik xidməti şöbəsi) həyata keçiriləcək: “Konfransla bağlı daha geniş məlumatları http://www.bsuir.by/mnmk2010/ saytından əldə etmək mümkündür”.
 





HƏQİQƏT




Baxış sayı: 1406

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024