12px13px15px17px
Tarix:01/11/12

Bakıda internetdən terrorçu məqsədlərlə istifadənin qarşısının alınması məsələləri müzakirə olunacaq

Azərbaycan paytaxtı daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. Belə ki, bu ayın 7-də Bakıda onlayn KİV-in təhlükəsizliyinə həsr olunmuş beynəlxalq forum keçiriləcək. Bu tədbir İnternet İdarəetməsi Forumu çərçivəsində reallaşacaq.  “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bununla bağlı Avropa Şurasının mətbuat xidməti informasiya yayıb.

Xəbərdə bildirilir ki, sözügedən tədbir Avropa Şurası, Avropa Yayım Birliyi, ATƏT və UNESCO-nun birgə təşkilatçılığı ilə keçirilir. Forumun açılış mərasimində Avropa Şurasının insan haqları komissarı Nils Muyjnieks, Avropa Yayım Birliyinin prezidenti Jan Pol Filipo, informasiya cəmiyyəti məsələləri üzrə Avropa komissarı Nili Kroes iştirak edəcəklər.

Forum iştirakçıları internetdən terrorçu məqsədlərlə istifadənin qarşısının alınması, istifadəçilərin internet-trafikə sərbəst çıxışına dair hüquq və imkanlarının genişləndirilməsini müzakirə edəcəklər. Bundan başqa forumda kibercinayətkarlığa qarşı mübarizəyə dair Konvensiyanın 15-ci maddəsinin də müzakirəsi nəzərdə tutulur.


SEYMUR




Baxış sayı: 1347

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024