12px13px15px17px
Tarix:01/11/12

Finlər ən ucuz internet telefon təqdim ediblər

“Nokia” şirkəti 109 telefonunu təqdim edib. Aparat yalnız “GPRS/EDGE” standartlarını dəstəkləyir.
İstehsalçı qeyd edib ki, “Nokia Xpress” brauzeri web-səhifələrin tutumunu 90 faizə qədər sıxmağa imkan verir. Bundan başqa, “Nokia 109” telefonuna “Facebook” və “Twitter” kimi sosial şəbəkələrə çıxış üçün müştərilər quraşdırılıb.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, telefon 128×160 piksel təsvir ölçüsündə ekran, 16 MB daxili yaddaş, “microSD” slotu və “FM” tunerlə təchiz edilib. “Nokia 109” telefonunun ölçüləri 110×46×14,8 millimetr, çəkisi 77 qram təşkil edir. Akkumulyatorun tutumu 800 milliamper/saat təşkil edir. Aparatın qiyməti 42 dollar təşkil edir.





EMİL




Baxış sayı: 1456

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024