12px13px15px17px
Tarix:01/11/12

Elnur Aslanov: «İndi internetlə sosial şəbəkələr insan həyatının bir hissəsinə çevrilib»

«Dağlıq Qarabağ məsələsində gənclər internetdə, sosial şəbəkələrdə aktiv rol oynayırlar. Vyanada bir neçə gün əvvəl xaricdə təhsil alan azərbaycanlı gənclərin forumu oldu və forumun nəticəsində şəbəkə yaradılıb.

Əsas məqsəd Azərbaycanın haqlı mövqeyini, Dağlıq Qarabağla bağlı həqiqətləri yaşadıqları ölkələrdə, təhsil aldıqları universitetlərdə çatdırmaqdır. Təbii ki, bu məsələdə internetin rolu əvəzedilməzdir”.

“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov söyləyib.

O bildirib ki, müasir zamanda medianın rolu dəyişib və indi internetlə sosial şəbəkələr insan həyatının bir hissəsinə çevrilib. Bu baxımdan dövlət qurumlarının sosial şəbəkələrdə rolu ilə bağlı müəyyən işlərin görüldüyünü önə çəkən E.Aslanov deyib ki, Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin və başqa bir sıra digər qurumların sosial şəbəkələrdə internet səhifələri yaradılıb: «Məqsəd cəmiyyətlə hakimiyyət orqanları arasında sosial şəbəkələrdə internet vasitəsilə əlaqələri möhkəmləndirməkdir”.

SEYMUR




Baxış sayı: 1501

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024