12px13px15px17px
Tarix:22/07/11

“Google” daha bir sosial şəbəkəni ələ keçirmək istəyir

“TechCrunch” internet nəşri bildirib ki, “Google” şirkəti Bil Nquyen tərəfindən yaradılan “Color” mobil sosial şəbəkəsini almağa cəhd edib. Bundan əvvəl “Nquyen” İT-mühitdə “Lala Media” musiqi sosial şəbəkəsinin həmtəsisçisi kimi kifayət qədər məşhur idi. Şəbəkəni 2009-cu ildə “Apple” şirkəti alıb. “Lala” xidməti 2010-cu ilin aprel ayında bağlanaraq, “iTunes” xidmətinin bir hissəsi olub. Nəşr qeyd edib ki, “Google” “Color” şəbəkəsinin funksionalını təxminən bir ay əvvəl istifadəyə verdiyi “Google+” layihəsinə birləşdirməyi planlaşdırır. Mənbələr bildirib ki, “Color” “Google” təklifini rədd edib, hərçənd “Google” şirkəti saziş üçün 200 milyon dollar təklif edib.
“Color” layihəsi əvvəllər “Bain Capital”, “Sequoai Capital” və “Silicon Valley Bank” investisiya fondları tərəfindən dəstəklənib. Hal-hazırda şirkətin dəyəri təxminən 167 milyon dollar təşkil edir, “Color” investorlardan 41 milyon dollar cəlb edib.


cybersecurity.ru



Baxış sayı: 1010

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024