12px13px15px17px
Tarix:02/11/12

Tbilisidə innovativ yanaşmalar, informasiya texnologiyaları və xidmətləri müzakirə edilib

Gürcüstanın Tbilisi şəhərində keçirilən İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 6-cı Beynəlxalq Konfrans (AICT-2012) artıq yekunlaşıb. Konfransda 20-dən çox ölkədən 70-ə yaxın nümayəndə iştirak edib. Azərbaycandan isə tədbirə 20-yə yaxın elm xadimi qatılıb. “Mədəd Azərbaycan” təşkilatının nümayəndələri - Tədqiqat və inkişaf meneceri Ülkər Babayeva və Proqram koordinatoru  Samir Cavadov da iştirakçılar arasında olublar.

Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “Mədəd Azərbaycan” təşkilatından məlumat verilib. Təşkilatdan bildirilib ki, “AICT-2012” Gürcüstanın Təhsil və Elm Nazirliyi, Beynəlxalq Qara Dəniz Universiteti, Qafqaz Universiteti (Azərbaycan), İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti və bu kimi qurumların həmtəşkilatçılığı və Elektrik və Elektrik Mühəndisliyi İnstitutunun (İEEE) texniki dəstəyi ilə təşkil olunub. “AICT-2012” konfransının iştirakçıları innovativ yanaşmalar və informasiya texnologiyaları və xidmətləri ətrafında müzakirələr etmək imkanı əldə ediblər.

Bu forum vasitəsilə tədqiqatçılar və icraçılar yeni biznes model və strukturları, həmçinin qarşılaşdıqları çətinliklər və həll yolları ətrafında fikir mübadiləsi aparıblar: “Konfransdan sonra əməkdaşlarımız Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən E-təhsil sahəsində təşkil edilmiş təlimdə alman və avstriyalı mütəxəssislərin rəhbərliyi ilə “E-təhsilin Marketinqi”, “E-tədris Xidmət Mərkəzlərinin Yaradılması”, “İnteraktiv Master Klassın Fasilitasiyası”, “Mobil Öyrənmə”, “Moodle 1.9-dan 2.X-ə keçid: Sisteminin imkanları”, “Moodle 2.X:Yeniliklər, “Virtual Magistr Dərəcəsi Proqramlarının İnkişafı və İcrası” kimi müvafiq sessiyalarda iştirak ediblər. Öz təəssüratlarını paylaşan Ülkər Babayeva qeyd edib ki, “AICT-2012” konfransı təşkilatımızın fəaliyyət dairəsini genişləndirmək üçün yeni ideyalara və beynəlxalq əlaqələrin qurulmasına təkan verdi. Bundan əlavə, GİZ tərəfindən təşkil edilmiş təlimdə iştirak yaxın gələcəkdə hər birimizə töhfəsini verəcək”.

Qeyd edək ki, öncəki illərdə İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə Beynəlxalq Konfrans Bakı və Daşkənd şəhərlərində keçirilib.
 
HƏQİQƏT




Baxış sayı: 735

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020