12px13px15px17px
Tarix:02/11/12

KİV rəhbərlərinə elektron imza kartları təqdim olundu

Bu gün Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə ölkənin, tanınmış, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələri rəhbərlərinin bir qrupuna elektron imza kartlarının təqdimetmə mərasimi keçirilib.
 
Toplantı həmçinin elektron imza barədə ətraflı məlumat məqsədi daşıyıb. Mətbuat Şurasında baş tutmuş tədbirdə Şura sədri Əflatun Amaşov elektron imzanın xüsusiyyətləri barədə məlumat verərək bildirib ki, bu xidmətdən istifadə bütün vətəndaşlar kimi, media təmsilçilərinin də iş səmərəliliyinin artırılması, vaxta qənaət və digər üstünlüklər baxımından xüsusi əhəmiyyət daşımaqdadır. Dünyanın müxtəlif ölkələrində jurnalistlərin elektron imzadan istifadə edərək həyata keçirdikləri yaradıcılığın konkret nümunələrindən söhbət açan Ə.Amaşov bu günkü mərasimlə Azərbaycanın KİV təmsilçilərinin də vacib prosesə qoşulmalarına bir növ, start verildiyini vurğulayıb.
 
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadə çıxışında ölkəmizdə elektron hökumət quruculuğu sahəsində aparılan işlər barədə məlumat verib. O bildirib ki, elektron imzanın tətbiqi layihəsi "Elektron imza və elektron sənəd haqqında" 9 mart 2004-cü il tarixli qanuna uyğun olaraq həyata keçirilir.

Xidmətin pullu olduğunu diqqətə çatdıran nazir müavini məbləğin heç də yüksək olmadığını deyib. Hüquqi şəxslər və biznes qurumlarının, dövlət müəssisələrinin əməkdaşlar üçün fərqli qiymətlərin tətbiq edildiyini diqqətə çatdıran E.Vəlizadə həmçinin bildirib ki, qanuna əsasən e-imza kağız daşıyıcı sənəddə əl imzasına bərabərdir və elektron sənədi imzalayan şəxsin autentifikasiyası üçün nəzərdə tutulub.
 
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin rəhbəri Nail Mərdanov çıxışında elektron imza layihəsinin gerçəkləşməsi prosesindən danışıb. O, eyni zamanda xüsusi təqdimatla çıxış edib.

Təqdimatda yer almış slaydlar vasitəsilə elektron imzanın ayrı-ayrı xüsusiyyətlərinə ətraflı aydınlıq gətirib, mövcud istiqamətdəki sualları cavablandırıb.Tədbirin sonunda 30-dan çox KİV rəhbərinə elektron imza kartları təqdim olunub.




Baxış sayı: 492

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.