12px13px15px17px
Tarix:05/11/12

İşgüzar sosial şəbəkənin auditoriyası ilin sonunadək 200 milyonu ötə bilər

"LinkedIn" işgüzar sosial şəbəkəsinin populyarlığı artmağa davam edir. Son rəsmi hesabat məlumatına əsasən, hazırda bu sosial şəbəkədə 187 milyondan artıq insan qeydiyyatdan keçib. Sosial şəbəkənin artım tempini nəzərə alsaq, artıq cari ilin sonunadək onun istifadəçilərinin sayı 200 milyonu ötəcək.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, "LinkedIn" sosial şəbəkəsi 2003-cü ildə istifadəyə verilib, lakin son zamanlar daha sürətlə inkişaf edir. Tərtibatçılar yalnız cari ildə bir neçə böyük dəyişiklik ediblər və istifadəçi səhifələrinin dizaynını yeniləyiblər. "LinkedIn" istifadəçilərinin sayı yalnız son 6 ay ərzində 26 milyon artıb.






 
EMİL




Baxış sayı: 861

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024