12px13px15px17px
Tarix:05/11/12

Azərbaycanda tətbiq edilən “Bir pəncərə” sistemi və informasiya-kommunikasiya texnologiyaları xüsusi marağa səbəb olub

Moskva şəhərində “Eksposentr” Mərkəzi Sərgi Kompleksində “Gömrük xidməti - 2012” XIII Beynəlxalq mövzusunda keçirilən sərgi artıq yekunlaşıb. Rusiya Federasiyasının Gömrük Xidməti tərəfindən təşkil edilmiş, Federal Dövlət Unitar Müəssisəsi “ROSTEK” və “ROSTEK-Tamojnform” QSC-nin informasiya və sistem dəstəyilə baş tutmuş sərginin işində gömrük aparatı və regional bölmələrdən başqa, biznes, logistika strukturları, aviaşirkətlər, ticarət təşkilatları və bank təmsilçiləri, eləcə də 25 əcnəbi nümayəndə iştirak edib.

Sərgidə iştirak etmək üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin direktoru, gömrük xidməti general-mayoru Qambay Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də Moskva şəhərində səfərdə olub. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Komitədən bildirilib ki, Azərbaycana aid stenddə bütün gömrük idarələrində tətbiq edilən “Bir pəncərə” sistemi və informasiya-kommunikasiya texnologiyaları, gömrük orqanlarının sistemi daxilində mobil qrupların təşkil edilməsi və bu məqsədlə xüsusi avtomobillərin alınması və s. barədə materiallar xüsusi marağa səbəb olub: “Sərgi zamanı Azərbaycan Gömrüyünün Tarixi Muzeyi haqqında da məlumat verilərək, sərgi iştirakçılarına rus dilində üç film göstərilib.

Bundan başqa, sərgi zamanı Rusiya Federasiyası Gömrük Xidmətinin sədri Andrey Belyaninova Azərbaycan Gömrüyünün Tarixi Muzeyində saxlanılan rus tarixi, mədəniyyəti və incəsənətini tərənnüm edən 92 eksponatdan ibarət “Rus incəsənəti aləmində” fotoalbomu göstərilib, eləcə də Rusiya Hökuməti sədrinin birinci müavini İqor Şuvalova 3 sentyabr 2010-cu il tarixdə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Rusiya prezidenti Dmitri Medvedevə verilmiş XIX əsrin əvvəllərinə aid 5 ikona haqqında videogörüntü nümayiş etdirilib”.

HƏQİQƏT




Baxış sayı: 688

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 İyun 2020

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.

02 06 2020

02/06/20
Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

1,5 illik planlaşdırmadan sonra “FABULOS” şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması

02/06/20
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye