12px13px15px17px
Tarix:05/11/12

Nazir müavini: “Bütün kəndlərdə və yaşayış məntəqələrində elektron xidmətlərə çıxış təmin olunacaq”

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, genişzolaqlı internetin inkişaf etdirilməsi istiqamətində nazirlik Dövlət Neft Fondu ilə 3 illik layihə üzərində işləyir. Layihə 2015-ci ilədək başa çatacaq.

O qeyd edib ki, bu layihə rentabellidir və onun həyata keçirilməsi ilə bütün kəndlərdə, yaşayış məntəqələrində elektron xidmətlərə çıxış təmin olunacaq. Nazir müavininin sözlərinə görə, hazırda ölkəmizdə optik kabellərin uzunluğu 6-7 min metrdirsə, layihə başa çatdıqdan sonra bu rəqəm 18 minə çatacaq.

 "Layihənin həyata keçirilməsi üçün 400 milyon manat civarında investisiya tələb olunur. Bunun yarısı reinvestisiya şəklində olacaq. Belə layihə bir çox inkişaf etmiş ölkələrdə həyata keçirilir" – deyə vurğulayıb.


RƏVAN




Baxış sayı: 1311

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024