12px13px15px17px
Tarix:05/11/12

Azərbaycanın aşağıorbitli peykinin 2013-cü ildə orbitə buraxılması planlaşdırılır

“Azərkosmos” ASC tərəfindən aşağıorbitli peykin istehsalı, sığortalanması və orbitə çıxarılması üzrə işlərin yerinə yetirilməsi məqsədilə elan edilən tenderin nəticələri gözlənilir. Bunu jurnalistlərə açıqlamasında Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

O qeyd edib ki,  tenderdə iştirakla bağlı müxtəlif xarici şirkətlərə təkliflərin təqdim olunması üçün müvafiq sorğu və şərtlər toplusu göndərilib. Hazırda aşağıorbitli peyk layihəsi ilə maraqlanan xarici şirkətlərlə danışıqlar aparılır, eyni zamanda yerli əməkdaşlıq imkanları araşdırılır.

Qeyd edək ki,  Azərbaycanın ilk telekommunikasiya peykindən sonra ikinci peyki olacaq aşağıorbitli peykin 2013-cü ildə orbitə buraxılması planlaşdırılır.




RƏVAN




Baxış sayı: 1839

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024