12px13px15px17px
Tarix:05/11/12

1 il ərzində nə qədər səhifə çap edilir?

"IDC" analitik şirkətinin hesablamasına əsasən, 2011-ci ildə printer və digər elektron qurğularda çap edilən səhifələrin sayı ötən illə müqayisədə 1 faiz azalıb. Lakin inkişaf etməkdə olan ölkələrdə çap edilən səhifələrin sayı 7,5 faiz artıb, inkişaf etmiş ölkələrdə isə 5 faiz azalıb. Ümumilikdə 2011-ci ildə dünyada 3,09 trilyon "A4" səhifəsi çap edilib.

"ICTnews.az" elektron xəbər xidməti "osp.ru" saytına istinadən bildirir ki, səhifələrin 55 faizdən çoxu hazırda lazerli çoxfunksiyalı qurğularda çap edilir.

Çap edilən səhifələrin sayının azalması idarə olunan və baza çap xidmətlərinin tətbiqi, sənəd dövriyyəsinin elektron növə keçirilməsi və rəqəmli formada material həcminin artması ilə bağlıdır.




 
EMİL




Baxış sayı: 712

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Aprel 2024

28 04 2024