12px13px15px17px
Tarix:05/11/12

Yerli simsiz internet operatoru “Bakutel” sərgisinə yeniliklərlə gedir

Məlum olduğu kimi, noyabrın 6-dan 9-dək 18-ci Azərbaycan beynəlxalq "Telekommunikasiya və İnformasiya Texnologiyaları" sərgi və konfransı – “Bakutel-2012” keçiriləcək.

“Sazz 4G İnternet”  şirkəti bu il də "Bakutel" sərgisinin iştirakçıları sırasındadır. “ICTnews” elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, Azərbaycanda “Mobile WiMAX 4G” texnologiyası əsasında fəaliyyət göstərən genişzolaqlı simsiz internet xidməti olan “Sazz İnternet” sərgidə yeni məhsullarını nümayiş etdirəcək, eləcə də bütün “Sazz” modemlərini xüsusi endirimlərlə "Bakutel" ziyarətçilərinə təklif edəcək. S

ərgi ziyarətçiləri arasında “Sazz 4G İnternet”  abunəçisi olmaq istəyən bütün şəxslər sərginin davam edəcəyi dörd gün ərzində sərfəli qiymət və şərtlərlə təklif olunacaq paketlər haqqında geniş məlumat almaq, “Sazz” modemlərini sınaqdan keçirmək imkanına malik olacaqlar.

Bundan başqa sərgidə  şirkətin Azərbaycana yeni gətirdiyi “Wimaxion” portativ simsiz mobil modemi nümayiş olunacaq, ziyarətçilərə “Wimaxion” haqqında geniş məlumat veriləcək.

CAHANGİR





Baxış sayı: 1467

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024