12px13px15px17px
Tarix:05/11/12

Nikolay Nikifirov : “MDB ölkələrində rouminqin qiymətləri aşağı salına bilər”

RRB-nin rabitə administrasiyaları beynəlxalq rouminqin qiymətlərinə dair monitorinqlər aparacaq. Bu barədə jurnalistlərə açıqlamasında Rusiyanın rabitə və kütləvi informasiya naziri Nikolay Nikifirov bildirib. Onun sözlərinə görə, bu məsələ hər bir ölkəni ciddi narahat edir.

O qeyd edib ki, bu məsələ ilə bağlı hökumətlərarası anlaşma imzalanmasına baxmayaraq işlər operatorlar tərəfindən aparıldığından heç bir müdaxilə olmur. "Hesab edirəm ki, məsələyə dair yetərincə cidd-cəhdlər göstərilməlidir ki, vətəndaşlar real nəticələri hiss edə bilsin." Nazir daha sonra  bildirib ki, bu məsələnin daha münasib şəkildə həll edilməsi məqsədilə operatorlara şərait yaradılmalıdır.






RƏVAN




Baxış sayı: 747

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024