12px13px15px17px
Tarix:06/11/12

Rəsmi dövlət qeydiyyatından keçən dərmanların elektron kataloqu hazırlanıb

Dərman məhsulunun rahat axtarışını təmin etmək üçün elektron məlumat portalı yaradılıb.

Portalın rəhbəri Ramil Nəcəflinin verdiyi məlumata görə, portaldakı əlifba sırasına uyğun şəkildə rəsmi dövlət qeydiyyatından keçən bütün dərman preparatları haqqında məlumat əldə etmək mümkündür: "Dermaninfo.az elektron dərman kataloqu dünya təcrübəsinə əsasən hazırlanıb və orada Səhiyyə Nazirliyində qeydiyyatdan keçən bütün dərmanlar haqda məlumatlar toplanıb.

Portaldakı axtarış bölməsi vasitəsilə istənilən dərmanı tapmaq olar. Saytda dərmanlar haqqında məlumat, satış qiymətləri və qeydiyyat nömrələri haqda məlumat verilib".

R.Nəcəfli bildirib ki, elektron kataloqda dərmanlar haqqında məlumat Azərbaycan dilindədir. Qeydiyyatdan çıxan və yeni qeydiyyatdan keçən dərmanlarla bağlı məlumatlar daima yenilənir.

"Sayt vasitəsilə dərmanların sifarişi xidmətinin aktivləşdirilməsi də nəzərdə tutulur. Dekabrın sonunadək ölkə ərazisində qeydiyyatdan keçən bütün dərmanların sayta yüklənməsi başa çatacaq".




Baxış sayı: 5591

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024