12px13px15px17px
Tarix:06/11/12

Hamadun Ture: İnternet İdarəçilik Forumundan bir çox məsələlərin həllini gözləyirik

Azərbaycanda keçirilən İnternet İdarəçilik Forumundan bir çox məsələlərin həllini gözləyirik.

Bu sözləri Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş direktoru Hamadun Ture bildirmişdir.
Forumda internet təhlükəsizliyinin, şəbəkədən terrorçu məqsədlərlə istifadənin qarşısının alınması kimi məsələlərin müzakirə olunacağını deyən H.Ture diqqətə çatdırmışdır ki, belə bir tədbirə ev sahibliyi etmək çox məsuliyyətli və zəhmət tələb edən işdir.

Forumun Azərbaycanda keçirilməsi bir daha göstərir ki, ölkəniz bütün sahələrdə yüksək səviyyədə inkişaf edir və dünyada söz sahibinə çevrilən dövlətlər sırasındadır.

Dünya üçün aktual olan belə bir möhtəşəm tədbirin məhz Azərbaycanda keçirilməsi respublikanızın təkcə regionda deyil, eyni zamanda, dünyada artan nüfuzunun göstəricisidir.

Bu gün dinamik inkişaf edən Azərbaycan dünyanı düşündürən bir çox beynəlxalq məsələlərin həllinə çalışır və dünya miqyaslı layihələrin reallaşmasına töhfəsini verir. Bu tədbir özü Azərbaycanla yanaşı, bizim özümüzə də internet problemlərinin aradan qaldırılmasına və gələcək işlərimizin necə qurulmasına dəstək verəcəkdir.





Baxış sayı: 1302

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024