12px13px15px17px
Tarix:06/11/12

“Windows Live Messenger” “Skype”-la əvəz ediləcək

“Microsoft” korporasiyası “Windows Live Messenger” ani mesajlarla mübadilə xidmətini bağlayacaq. Bu barədə şirkətin planları ilə tanış mənbələrə istinadən “The Verge” məlumat verib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Windows Live Messenger” (əvvəllər “MSN Messenger” adlanırdı) xidmətinin yerinə yetirdiyi funksiyalar “Skype” üzərinə keçiriləcək. Bu xidmət səs və videozənglərdən başqa, ani mesajlarla mübadilə imkanı da təklif edir.

“The Verge”-nin məlumatına görə, “Windows Live Messenger” xidməti yaxın bir neçə ay ərzində bağlanacaq.

“OPSWAT” şirkətinin iyun hesabatına əsasən, “Windows Live Messenger” dünyanın ən populyar ani mesajlarla mübadilə xidmətidir. Onun bazar payı 64 faizdən çox idi. Bu göstərici “Skype”, “Google Talk” və “ICQ”-dən bir neçə dəfə çoxdur.Xatırladım ki, “Microsoft” 2011-ci ildən etibarən “Skype” xidməti üzərində hüquqa malikdir.

EMİL




Baxış sayı: 1190

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024