12px13px15px17px
Tarix:06/11/12

“Azərbaycanın İKT sektorunda qazandığı nailiyyətlər ölkənin sosial və iqtisadi inkişafına dəstək olur”

"Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial İşlər üzrə Departamenti adından İnternet İdarəçilik Forumu  (İİF) və "Bakutel-2012" sərgi-konfransının  iştirakçılarını salamlayırıq. 
 
Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial İşlər üzrə Departamenti hər il İnternet İdarəçilik Forumunu təşkil etməkdən savayı bu forumda İnternet İdarəçiliyi üzrə hökumət və qeyri-hökumət sektorlarından olan mütəxəssislərin bilik və təcrübə  mübadiləsinin təşkilində aktiv iştirak edir.   
 
İlk dəfə 2006-ci ildə  BMT-nin baş katibi tərəfindən təşkil edilən İİF açıq və şəffaf forumdur.  Bu forumda hökumət, hökumətlərarası təşkilatlar, kommersiya şirkətləri, texniki və mülki cəmiyyətlərin nümayəndələri və İnternet İdarəçiliyinə aid məsələlərə maraq göstərən şəxslər iştirak edirlər.     
 
Forum digər sahələrdən olan nümayəndələr arasında təcrübə mübadiləsi və münasibət yaratması üçün çox əlverişli şərait yaradır.    
 
Hər iki tədbir telekommunikasiya və informasiya texnologiyaları sahəsində baş verən ən son yenilik və  inkişafla tanış olmaq üçün əlverişli şərait yaradacaq.     Hal-hazırda Azərbaycan regionun informasiya texnologiyaları və "elektron hökumət" xidmətləri üzrə lideridir.   
 
Azərbaycanın bu sahədə qazandığı nailiyyətləri ölkənin sosial və iqtisadi inkişafına dəstək olur.  Biz Azərbaycanla və regionun digər ölkələri ilə hazırkı inkişafı davam etmək üçün  birlikdə işləyəcəyik".   
 
 
Vu Hongbo
BMT-nin baş katibinin İqtisadi və sosial məsələlər üzrə müavini




Baxış sayı: 999

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024