12px13px15px17px
Tarix:07/11/12

“Bakcell” “Mançester tətilləri” kampaniyasına start verib

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkəti bu yaxınlarda dünyanın ən məşhur futbol klubu olan “Mançester Yunayted” ilə tərəfdaşlığa başladığını elan edib.  

Həmin tərəfdaşlıq çərçivəsində “Bakcell” öz abonentlərinə “Mançester Yunayted”in ev oyunlarını keçirdiyi və dünyanın ən məşhur stadionlarından biri olan “Old Trafford”da futbol həyəcanını yaşamaq üçün  imkan yaradıb.

Sevimli oyunçularınızı Sizə daha yaxın edəcək “Mançester tətilləri” kampaniyası “Old Trafford” stadionuna gəlib “Mançester Yunayted”in oyununu canlı olaraq izləmək üçün unikal bir fürsətdir. 

7777 nömrəsinə pulsuz SMS göndərən hər bir “Bakcell” abonenti avtomatik olaraq kampaniyada iştirak edəcək və Mançesterə 3 biletdən birini qazanmaq imkanını əldə edəcək.

Kampaniyanın xoşbəxt qalibləri elektron püşkatma vasitəsilə müəyyən edilərək ictimaiyyətə elan olunacaqlar. “Mançester tətilləri” kampaniyası cari ilin oktyabrın 25-dən noyabrın 25-dək keçiriləcəkdir.




Baxış sayı: 657

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024