12px13px15px17px
Tarix:07/11/12

Ən sürətli və populyar brauzerlər hansılardır?

“Chrome”, “İnternet Explorer”, “Safari” və “BlackBerry OS 5” əməliyyat sisteminə quraşdırılmış brauzer “Windows”, “Mac” və mobil qurğular platformalarında ən sürətli və populyar brauzerlər siyahısına başçılıq edirlər.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Microsoft İnternet Explorer 10” brauzeri “Windows" platformasında, “Google Chrome 19” isə “Mac OS X” platformasında ən sürətli elan edilib.

“Mac OS X” platforması üçün ən sürətli brauzerlərin onluğunda “Chrome” və “Firefox” brauzerinin müxtəlif versiyaları qərarlaşıb.

Mobil platformalarda “BlackBerry OS 5” əməliyyat sisteminə (ƏS) quraşdırılmış brauzer ən sürətli elan edilib.

“Windows” platforması üçün ən populyar brauzer “Chrome”-dur (41 faiz). “Microsoft” şirkətinin “İnternet Explorer” brauzeri populyarlığa görə ikinci yerdə qərarlaşıb. Onun bazar payı 35 faiz  təşkil edir. Üçüncü yerdə isə “Firefox” (21 faiz) brauzeri yer alıb.“Mac” platforması üçün ən populyar brauzer “Safari”dir. Onun payı 61 faiz təşkil edir.

EMİL




Baxış sayı: 1331

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024