12px13px15px17px
Tarix:08/11/12

Moldova Azərbaycanın İKT sahəsində müsbət təcrübəsinə maraq göstərir

Bakıda VII İnternet İdarəçilik Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Moldovanın rabitə və informasiya texnologiyaları naziri Pavel Filip ədliyyə naziri Fikrət Məmmədovla görüşüb. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycan və Moldova arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini vurğulayan nazir geniş müqavilə bazasına söykənən hüquqi əlaqələri qeyd edib, ölkəmizdə aparılan hərtərəfli hüquqi islahatlardan, müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqindən, yeni innovativ və şəffaf xidmətlərin yaradılmasından danışıb, e-ədliyyənin inkişafı barədə məlumat verərək, bu sahədə xarici dövlətlərin, o cümlədən Moldovanın təcrübəsindən bəhrələnildiyini söyləyib.

Ölkəmizə ilk səfərindən böyük məmnunluğunu ifadə edən P.Filip səfər zamanı respublikamızın dinamik inkişafının şahidi olduğunu vurğulayıb, Bakıda yüksək səviyyədə təşkil olunmuş forumun əhəmiyyətini qeyd edərək, ölkəsində İKT-nin tətbiqi üzrə həyata keçirilən islahatlar, o cümlədən yeni konseptual strategiyalar barədə məlumat verib, Azərbaycanın bu sahədə müsbət təcrübəsinə maraq göstərib, təcrübə mübadiləsinin hər iki tərəf üçün səmərə verəcəyini bildirib. Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri, habelə korrupsiyanın qarşısının alınmasında İKT-nin tətbiqi, müxtəlif reyestrlərin aparılması və digər məsələlər müzakirə olunub.
 
HƏQİQƏT




Baxış sayı: 1362

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024