12px13px15px17px
Tarix:08/11/12

Nazir Əli Abbasov “Google” şirkətinin vitse-prezidenti ilə görüşüb

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov VII İnternet İdarəçilik Forumunda iştirak etmək üçün Azərbaycana gələn “Google” şirkətinin vitse-prezidenti, internetin yaradıcılarından biri Vinton Sörflə görüşüb.

Azərbaycanda internetin yaranma tarixi barədə qonaqları məlumatlandıran nazir Əli Abbasov ölkəmizdə ilk BİTNET-in 1989-cu ildə yaradıldığını, daha sonra 90-cı illərdə inkişaf etdiyini vurğulayıb. Bu məlumatı yüksək dəyərləndirən Vinton Sörf qeyd edib ki, Azərbaycan internetin inkişafında heç də geri qalmayıb, əksinə, bu prosesə məhz internetin yaranması və inkişafı dövründə qoşulub.

Gələcəkdə nazir Əli Abbasovun  rəhbərliyi ilə Azərbaycanda internetin yaranma tarixi, inkişaf istiqamətlərini əks etdirən kitabın nəşr edilməsi və bu nəşrin ingilis dilinə çevrilərək digər ölkələrə yayılması təklifini də irəli sürən vitse-prezident Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə olunmuş nailiyyətlər, bu sahədə yeni meyillərlə də maraqlanıb.

Ölkəmizdə İKT sektorunda aparılan islahatlar, o cümlədən də internetin infrastrukturu, kontentinin formalaşdırılması sahəsində həyata keçirilən milli və regional layihələrdən söz açan nazir Əli Abbasov İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyət istiqamətləri, “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM), Avropa-Yaxın Şərq informasiya magistralı” (EPEG - “Europe Persia Express Gateway”), eləcə də yaxın 3 il ərzində ölkədə genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi ilə bağlı həyata keçiriləcək layihələr barədə qonağı məlumatlandırıb.

Azərbaycanın həm ölkədə, həm də regionda internet kontintentinin genişləndirilməsi üçün göstərdiyi səyləri alqışlayan, eyni zamanda internetin inkişafında “start-up”- kiçik, modern müəssisələrin yaradılmasının vacibliyini də önə çəkən Vinton Sörf qeyd edib ki, belə müəssisələrin formalaşdırılması yeni nəslin bilgilərinin sənaye ilə birləşdirilməsinə gətirib çıxara bilər. Bu da öz növbəsində internetin ölkədə və regionda inkişafına faydalı təsir göstərə bilər.

Bu fikri dəstəkləyən Əli Abbasov ölkədə yeni yaradılmış İKT şirkətlərinin əvvəllər 53 günə, hazırda 3 günə qeydiyyatdan keçdiyini, qeydiyyatın onlayn olacağı təqdirdə isə tələb olunan vaxtın daha da qısaldılaraq 2 dəqiqə ərzində aparılacağını vurğulayıb. Nazir həmçinin, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyəti sayəsində yerli “start-up”-lara güzəştli şərtlərlə dəstək veriləcəyini, bu prosesin isə inkişafa daha da təkan verəcəyini bildirib.  

“Google” və digər şirkətlər tərəfindən “MOOC” - pulsuz, distant təhsil sisteminin qurulduğunu da qeyd edən Vinton Sörf öz bilik və təcrübələrini artırmaq üçün azərbaycanlı tələbə və alimlərin də bu prosesə qoşulmasını təklif edib: “İnternetin ağırlığı yeni nəslin çiyninə düşüb. Yaşlı nəsil internetin əsasını qoyub, gənc nəsil isə onun daha da inkişaf etdirilməsi üçün səylərini artırmalıdır. Ona görə də təhsil sisteminə xüsusi önəm verilməsi vacibdir və təhsil sistemi heç bir sərhəd qoyulmadan beynəlxalq təhsil sisteminə inteqrasiya olunmalıdır”.

Ölkəmizin inkişaf baxımından geniş təəssüratlar yaratdığını da xüsusi vurğulayan vitse-prezident Azərbaycanla gələcək əməkdaşlıq münasibətlərinə toxunaraq bildirib ki, “Google” şirkətinin ölkəmizdə irimiqyaslı layihələrə qoşulması üçün danışıqlara başlanması məqsədilə rəhbərliyə müraciət edəcək.



Baxış sayı: 871

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 İyun 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.

02 06 2020

02/06/20
Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

1,5 illik planlaşdırmadan sonra “FABULOS” şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması

02/06/20
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye