12px13px15px17px
Tarix:23/07/11

“Apple” məşhur videoportalı almaq istəyir

“Apple” şirkəti ABŞ-da məşhur olan “Hulu” videoportalını almaqda maraqlıdır. Bu barədə anonim mənbələrə istinadən “Bloomberg” xəbər verib. “Apple” şirkəti xidməti əldə etmək üçün “Hulu” rəhbərləri ilə ilkin danışıqlar aparır. Stiv Cobsun şirkətinin “Hulu” üçün təklif etmək istədiyi məbləğin dəyəri açıqlanmır. Analitiklər xidməti 2 milyard dollar qiymətləndiriblər. Qeyd edək ki, “Hulu” videoservisi 2007-ci ildə istifadəyə verilib. O, “Walt Disney”, “News Corp” və “NBC Universal” şirkətlərinin və “Providence Equity Partners” fondunun birgə mülkiyyətindədir. “Hulu”da teleseriallar, filmlər və musiqi klipləri təqdim edilir. Onların bəzilərinə pulsuz, bəzilərinə abunə yolu ilə baxmaq olar. Abunə haqqı aylıq qiymət 7,99 dollar təşkil edir. “Hulu” məzmununa kompyuter, “iPhone”, “iPad” və “iPod touch” daxil olmaqla, mobil qurğu, həmçinin “Xbox 360” və “PlayStation 3” oyun konsollarından giriş əldə etmək olar. İndi videoportaldan yalnız ABŞ sakinləri istifadə edə bilərlər.


lenta.ru



Baxış sayı: 741

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020