12px13px15px17px
Tarix:12/11/12

Hakerə internetdən istifadə qadağan edilib

“Cosmo the God” ləqəbli amerikalı hakerə 6 il müddətinə internetdən istifadə qadağan edilib. O, internetdən yalnız dövlətin təyin etdiyi xüsusi şəxsin nəzarəti altında istifadə edə biləcək. “Cosmo” ləqəbli haker 21 yaşına çatdıqda məhkəmə gəncin sınaq müddətindəki davranışını nəzərdən keçirərək onun sonrakı taleyi barədə qərar qəbul edəcək.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, məhkəmədə baxılmış sənədlərə əsasən “Cosmo” “UG Nazi” haker qruplaşmasının tərkibinə daxil olub. Qeyd edək ki, bu haker qruplaşması “NASDAQ” birjası və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) saytlarının “sındırılmasında” təqsirli bilinir.

Bundan başqa, hakerə “UG Nazi” və “Anonymous” qruplaşmasının nümayəndələri ilə əlaqə saxlamaq qadağan edilib. Əgər o, tələbləri pozsa, onu 3 il müddətinə qədər həbs cəzası gözləyir.

 
EMİL




Baxış sayı: 1575

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024