12px13px15px17px
Tarix:12/11/12

"Microsoft IT Academy" layihəsinin ölkənin bütün ali məktəblərində tətbiqi gözlənilir

"Microsoft IT Academy" layihəsinin ölkənin bütün ali məktəblərində tətbiqi istiqamətində danışıqlar aparılır. Bu barədə “ICTnews”a “Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyinin  rəhbəri  Rüfət Hacıəlibəyov məlumat verib.

Onun sözlərinə görə, layihə ilk olaraq bu ilin may ayında Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birgə “Microsoft” proqram təminatları üzrə mütəxəssislərin hazırlığına yönəldilib və hazırda layihənin reallaşdırılması üzrə işlər aparılır. Yeni tədris ilindən bu ali məktəbin bütün tələbələri üçün "Microsoft IT Academy" çərçivəsində təlimlərdən keçmək və imtahanlarda iştirak edərək sertifikat əldə edilməsinə başlanılıb. "Bu addım, ali təhsil müəssisələri ilə uğurlu əməkdaşlığımızın tək nümunəsi deyil.

Məsələn, Azərbaycan Diplomatik Akademiyası “Microsoft” lisenziya proqram platformasına tamamilə keçmiş birinci ali məktəb olub və hal-hazırda burada “Office 365” tətbiqi prosesi işə salınıb”- deyə o bildirib. Hacıəlibəyov yaxın günlərdə bu sıraya daxil olan universitetlərin adlarını açıqlayacaqlarını da söylədi.

RƏVAN




Baxış sayı: 1734

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024