12px13px15px17px
Tarix:13/11/12

Dnepropetrovskda “Kosmik texnologiyalar: bu günü və gələcəyi” IV beynəlxalq konfrans keçiriləcək

17-19 aprel 2013-cü il tarixində Ukraynanın Dnepropetrovsk şəhərində “Kosmik texnologiyalar: bu günü və gələcəyi” IV beynəlxalq konfrans keçiriləcək. Konfransın təşkilatçıları “Cənub” Konstruktor bürosu” dövlət müəssisəsi, Dnepropetrovsk “Cənub maşınqayırma zavodu” DM İB, Dnepropetrovsk Milli Universiteti, Ukrayna Dövlət Kosmik Agentliyi, BAA-nın Ukrayna regional bölməsidir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-nın Elmi İnnovasiyalar Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, azərbaycanlı mütəxəssislərin də qoşula biləcəyi konfrans Dnepropetrovsk şəhərində T.Q.Şevçenko adına park, tələbələr sarayında keçiriləcək. Konfransda iştirak etmək pulludur: “Rus və ingilis dilində aparılacaq konfrans haqqında daha ətraflı məlumatı “http://www.dpukrconfiaa.org/” saytından əldə etmək mümkündür”.
 




HƏQİQƏT




Baxış sayı: 1021

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024