12px13px15px17px
Tarix:14/11/12

“İntel” ən güclü stolüstü prosessorunu təqdim edib

“İntel” korporasiyası stolüstü kompüterlər üçün “Core i7-3970X Extreme Edition” prosessorunu təqdim edib.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, yeni prosessor 32 nanometr texnologiya üzrə hazırlanıb. O, 6 hesablama nüvəsinə malikdir və nominal takt tezliyi 3.5 QHs təşkil edir; bu göstərici “Turbo Boost” rejimində  4,0 qiqahersə qədər artır.

Prosessor, həmçinin 12 təlimat axınına qədər emal etməyə imkan verən “Hyper-Threading” sistemini dəstəkləyir və “DDR3-1600” yaddaş kontrolleri və 15 MB keşlə təchiz edilib.

“Core i7-3970X Extreme Edition” modeli “Sandy Bridge-E” nəslinə aiddir: çip tələbkar istifadəçilərə və oyun həvəskarları üçün nəzərdə tutulub. Qiymət 999 dollar təşkil edir.




 
EMİL




Baxış sayı: 1501

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024