12px13px15px17px
Tarix:15/11/12

1 musiqi və 5 film diski satdı, 15 il azadlıqdan məhrum edildi

Amerikanın Səsyazma Şirkətləri Assosiasiyası (RIAA) məhkəmənin çıxardığı qərarı alqışlayıb. Qərara əsasən, 37 yaşlı amerikalı 5 film və 1 ədəd musiqi diskini qanunsuz satdığına görə təqsirli bilinib. Nəticədə Patrik Laşun Kinq 15 il müddətinə azadlıqdan məhrum edilib.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, müstəntiq özünü disk alıcısı kimi təqdim edib. Satınalma faktı qeydə alındıqda satıcı həbs edilib. Onun ofisindən axtarış zamanı pirat məzmunlu 10500 disk, həmçinin silah müsadirə edilib.

Patrik Laşun Kinqin istintaqla əməkdaşlıq etməsinə baxmayaraq,  hakim ştatın qanunlarına görə son dərəcə sərt hökm çıxarıb. Hakim qərar çıxararkən onun 17 il əvvəl polisə hücum etməsini, həmçinin 2003-cü ildə musiqi disklərini qanunsuz yaydığına görə 1 il müddətinə ev həbsinə məhkum edilməsini diqqətə alıb.



EMİL




Baxış sayı: 977

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024