12px13px15px17px
Tarix:15/11/12

“BlackBerry” sahibləri “BBM” vasitəsilə bir-birlərinə pulsuz zəng edə biləcəklər

“BlackBerry Messenger” müştəri tətbiqinin 7-ci versiyasında (BBM 7) “Wi-Fi” vasitəsilə pulsuz səs zəng etmək funksiyası istifadəyə verilib. Tətbiq “BlackBerry 6” və daha yuxarı əməliyyat sistemləri (ƏS) ilə çalışan smartfonlarda işləyir.

“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, yenilənmiş “BBM 7” hələ ki beta versiya kimi əlçatandır. Messencerin istifadəçi interfeysi əvvəlki versiyaların stilində hazırlanıb. Lakin hazırda sağ yuxarı küncdə qəbul və çağırış siqnalının düyməsi yerləşdirilib, ekranın əsas hissəsini isə əvvəlki kimi mətn çatı tutur. Səs rabitəsi düyməsi, həmçinin status indikatoru kimi fəaliyyət göstərir. İstifadəçi həmsöhbəti ilə mətn formatında əlaqə saxladıqda, fotoya baxdıqda və ya elektron poçt göndərdikdə fon rejimində səsli rabitədən istifadə mümkündür.

“BBM 7” vasitəsilə səsli rabitə hər iki abunəçi “BlackBerry” smartfonundan istifadə etdiyi halda mümkündür. İstehsalçı, həmçinin qeyd edib ki, səs rabitəsi üçün “BBM” hesabı yalnız bir smartfonda aktiv ola bilər. Bunu bir neçə “BlackBerry” mobil telefonundan istifadə edən şəxslər nəzərə almalıdırlar.

Beləliklə, “BBM 7” müştəri tətbiqi yeni funksiya sayəsində “Skype”, “Google Talk” kimi layihələrlə bir mövqedə dayanır.
 
EMİL




Baxış sayı: 1892

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024