12px13px15px17px
Tarix:16/11/12

Azərbaycan nümayəndələri vaksinlərlə bağlı proqram təminatının tətbiqi üzrə seminarda iştirak ediblər

Vaksinlərin və digər materialların, avadanlıqların təchizatı və paylanması, vaksinlərin gözlənilməz tükənməsi riskinin azaldılması və peyvəndlərin israf olunmaması məqsədi ilə Ümumdünya Səhiyyə Təşkilatın (ÜST) tərəfindən peyvəndləmənin təchizat və ehtiyatların idarə edilməsi üçün proqram təminatı (Vaccination Supplies Stock Management, wVSSM) hazırlanıb.

ÜST-ün təşəbbüsü ilə  6-9 noyabr 2012-ci il tarixlərdə Moldovanın paytaxtı Kişinev şəhərində vaksinlərin çatdırılma və ehtiyatların idarə edilməsi üzrə proqram təminatının tətbiqi üzrə seminar keçirilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin məlumatında deyilir.

 Seminarın əsas məqsədləri vaksinlərin, şpris və digər material və avadanlıq ehtiyatlarının idarə edilməsi üzrə proqram təminatının tətbiqi və dayanıqsız işin təmin edilməsi üçün immunizasiya sahəsində loqistika və informasiya texnologiyaları üzrə mütəxəssislərin hazırlanması,  immunizasiya sahəsində təchizat zəncirinin loqistikasına maddi-texniki dəstək üçün kompüter sistemlərinin inkişafı və həyata keçirilməsi üzrə bilik və təcrübə mübadiləsinə təşviq edilməsi, informasiya sistemlərinin tətbiqi üzrə planların və ehtiyacların müzakirə edilməsi, problemlərin və imkanların müəyyən edilməsini əhatə edib.

Seminarda  Azərbaycan, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, Qırğızıstan, Moldova, Türkiyə və Ukrayna təmsil olunub. Tədbirdə Azərbaycan tərəfindən Səhiyyə Nazirliyi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktor müavini Ramil İsmayılov və İnnovasiya və Təchizat Mərkəzinin immunlaşma ilə əlaqəli anbar müdiri Həbib Rüstəmov iştirak edib.

CAHANGİR




Baxış sayı: 1092

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024